Tez-tez soruşulan suallar

Biznesklass biznes üslubunda həm fərdi, həm də korporativ hədiyyələr təklif edir.

Sifariş olunan məhsulun qiyməti kateqoriyasına, materialına, keyfiyyətinə unikallığına, həcminə və çəkisinə uyğun olaraq dəyişir.

Sifariş üçün saytda olan forumu doldurmaq kifayətdir. Hədiyyə hansı məqsədlə, harada və nə zaman istifadə olunacaq? Hədiyyə kim (lərə) veriləcək, hədəf kütləsi haqqında qısa məlumat (yaş ortalaması, cins, çalışdığı sfera və.s) Neçə ədəd hədiyyə alınacaq və təqribi büdcə dəqiqləşdirilir.

Şirkətdən və ya şəxsdən alınan məlumatlar əsasında komandamız araşdırma etməyə və müxtəlif hədiyyə fikirləri üzərində çalışmağa başlayır. Ortaya çıxan ideyalar arasından ən uyğun olanları müəyyən olunur və sifarişçiyə təqdim olunur. Seçim olunan məhsul hazırlanır və istədiyiniz tarixdə çatdırılır.

Əldə olan məhsullar üçün 1 gün əvvəldən sifariş etmək kifayətdir. Sifariş əsasında xaricdən gətirilən məhsullar üçün isə 15-20 gün əvvəl əlaqə saxlamaq lazımdır. Məhsul gətirildiyi ölkədən asılı olaraq 10-25 gün aralığında çatdırıla bilir.

Ödəniş hal-hazırda nəğd formada mümkündür.

Dəyəri 100 AZN-dən yuxarı olan hədiyyələrdə çatdırılma üçün əlavə ödəniş tələb olunmur. Digər hallarda çatdırılma haqqı hədiyyənin çəkisinə, həcminə və çatdırılma nöqtəsinə görə müəyyən edilir. Sifarişçi həmçinin sifarişini heç bir əlavə ödəniş olmadan yaxınlaşıb Biznesklassın ofisindən əldə edə bilər.

Sifariş etmək üçün saytda göstərilən forumu doldura, email və ya telefon ilə əlaqə saxlaya bilərsiniz.